Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun aldığı rüşvətin məbləği məlum olub.
ONN media bildirir ki, məhkəmə istintaqında qeyd edilib ki, təqsirləndirilən şəxs vətəndaşlardan rüşvət şəklində 9 073 550 manat məbləğində pul alıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) də iş üzrə zərərçəkmiş qismində tanınır. Keçmiş nazir DİN-ə 5 129 105 manat dəyərində maddi ziyan vurub.
Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.
Hökmə əsasən, iş üzrə zərərçəkmiş Naxçıvan Muxtar Respublikası DİN-ə 5 129 105 manat dəyərində dəymiş maddi ziyan təqsirləndirilən şəxsdən alınaraq Naxçıvan Muxtar Respublikası DİN-ə ödənilməsi, Ə.Əhmədovun vətəndaşlardan rüşvət şəklində aldığı 9 073 550 manat məbləğində pul müsadirə edilərək dövlət nəfinə alınması təmin edilib.
Bundan başqa, təqsirləndirilən şəxsin “daxili xidmət generalmayoru” ali-xüsusi rütbəsindən, “polis general-leytenantı” ali-xüsusi rütbəsindən, “general-leytenant” ali hərbi rütbəsindən və “Azərbaycan Bayrağı” ordenindən mərhum edilməsi üçün həmin rütbələri və dövlət təltiflərini vermiş müvafiq orqana təqdimat göndərilib.
Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. (report)



17 il nazir olan Əhmədov general rütbəsindən məhrum edildi
Bu gün bütün gözlər Naxçıvandadır
Gələn il Naxçıvana 281 milyon manatdan çox dotasiya ayrılacaq
Naxçıvanda yüksək vəzifəyə YENİ TƏYİNAT
Naxçıvana yeni baş nazir təyin olundu
Azərbaycanda sabiq təhsil naziri HƏBS EDİLDİ
Naxçıvan DİN-in Orta İxtisas Polis Məktəbi yaradıldı
Azərbaycanda nazir müavini işdən çıxarıldı
Naxçıvana yeni daxili işlər naziri təyin edilib
Azərbaycanda yeni nazirlik yaradıldı
SON DƏQİQƏ: Azərbaycanda nazir vəzifəsindən AZAD EDİLDİ
Naxçıvana yeni nazir təyin olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 