Ankaranın Əfqanıstanla bağlı diplomatik hərəkətləri intensiv şəkildə davam edir. Bu məqsədlə Türk Şurasının xarici işlər nazirlərinin Türkiyənin dəvəti ilə fövqəladə toplantısı çağırılıb.
ONN media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, bu gün İstanbulda keçiriləcək toplantıda Əfqanıstanda baş verən son hadisələr müzakirə olunacaq.
Toplantıya Türk Şurasının üzvləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi statusunda olan Macarıstanın xarici işlər nazirləri qatılacaq.