Bu ilin noyabr ayında Türk Şurasının İstanbulda keçiriləcək 8-ci Zirvə görüşünə Türkmənistan prezidenti də şəxsən qatılacaq. Zirvə görüşünə ciddi hazırlıq gedir.
ONN media xəbər verir ki, iyun ayının 15-də Türkiyə və Azərbaycan prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasından sonra türk dünyasında diplomatik aktivlik müşahidə olunur. Belə ki, 16 iyunda Türk Şurasının Baş katibi Bağdad Amreyev Şuşa Bəyannaməsi haqqında rəsmi şəkildə bəyanat yaydı. 20 iyunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdinin Bakıya, 28 iyunda Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarovanın Macarıstana, 30 iyunda Bağdad Amreyevin Türkmənistana, 30 iyunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Qırğızıstana səfəri baş tutub.
Bugün isə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Bakıya gəlib.
Sadalanan səfərlər fonunda İstanbuldakı Zirvə görüşündə türk dünyasının gələcəyinə təsir edəcək 4 önəmli qərarın qəbulunu ehtimal etmək mümkündür:
– Şuşa Bəyannaməsinin genişləndirilmiş şəkildə Türk Şurasının ümumi sənədi kimi qəbulu;
– Macarıstanın təşkilatın tamhüquqlu üzvü olması;
– Türkmənistanın xüsusi bir statusla təşkilata üzvlüyü;
– Türkiyədən başqa digər türk dövlətlərinin də Şuşada konsulluq açması… /Axar.az/



XİN başçısı Bağdadla görüşdü
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
Türk dünyasının birləşmiş dövləti yaradılır - Amreyev AÇIQLADI
Amreyev "Şuşa bəyənnaməsi"ndən danışdı
Bayramov Amreyevlə görüşdü
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
İlham Əliyev Türk Şurasının Zirvə toplantısında çıxış etdi
Dövlət başçılarının Zirvə görüşünda “Xarıbülbül” mesajı
Hakan Fidan Monteneqroya gedir
Şuşada Qarabağ Bəyannaməsi imzalanacaq
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 