"Türk Şurası Türk dünyası birləşmiş dövlətlərini yaratmağı hədəfləyir". ONN media xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev deyib. Amreyev 31 mart tarixində onlayn keçiriləcək Türk Şurası Qeyri-rəsmi Sammitində əvvəl açıqlama verib. O, payızda İstanbulda planlaşdırılan sammitə hazırlıq məqsədi ilə təşkil edilən onlayn yığıncaqda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderlərilə yanaşı müşahidəçi statusundakı Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan səlahiyyətlilərinin iştirak edəcəyini söyləyib. Şuranın Türk dünyası birləşmiş dövlətləri yaratmağı hədəflədiyini deyən Amreyev bildirib ki, (Azərbaycanın) Qarabağ zəfərindən sonra liderlər ilk dəfə bu zirvə yığıncağında bir araya gələcəklər. Buna görə də xalqın nəzərində bu sammitin əhəmiyyəti artır. Amreyev Qazaxıstanın Türküstan şəhərinin Türk dünyasının mənəvi mərkəzi elan edilməsinin zirvənin gündəmində olduğunu qeyd edib və Türk dünyasındakı İstanbul, Səmərqənd, Buxara, Şuşa, Bakı və Almatı kimi digər şəhərlərin də gələcəkdə xüsusi status ala biləcəyinə diqqət çəkib. Qeyri-rəsmi zirvədə "Türk Şurası Strateji 2020-2025 və Türk Dünyası Baxışı - 2040" müzakirə ediləcək.
Türk dünyasının birləşmiş dövləti yaradılır - Amreyev AÇIQLADI



Amreyev "Şuşa bəyənnaməsi"ndən danışdı
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
XİN başçısı Bağdadla görüşdü
Türk Şurasının sədrindən anım mesajı
Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
İlham Əliyev Türk Şurasının Zirvə toplantısında çıxış etdi
İlham Əliyev Bağdad Amreyevlə görüşdü
Ceyhun Bayramov Bağdad Amreyevlə görüşdü
İstanbulda Türk Şurası dövlət başçılarının Zirvə görüşü başlayır
Şuşa Bəyannaməsinin ardınca sürətli səfərlər: TŞ aktivləşir
Türk Şurasının adı dəyişdiriləcək: Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 