Bu gün Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.
ONN media xəbər verir ki, Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli fərmanının 3.1-ci bəndində “Baytarlıq haqqında” qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqını Nazirlər Kabinetinin müəyyən etməsi təsbit olunub. Tapşırığın icrası ilə əlaqədar Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli qərarı ilə baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.
Bu baxımdan iclasda “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Şuranın 26 iyul 2007-ci il tarixli qərarı ləğv olunub, həmçinin, yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12864 dərman vasitəsinin tam siyahısı Şuraın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla saytın (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.



Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
Tarif Şurası daha 168 dərmanın qiymətini təsdiqlədi
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar
Bu dərmanların qiyməti dövlət tərəfindən tənzimlənəcək
Tarif Şurasından dərmanların qiyməti ilə bağlı qərar
İlham Əliyev FƏRMAN İMZALADI
Tarif Şurasına yeni səlahiyyət verildi
SON DƏQİQƏ: Ölkəmizdə benzin və dizelin qiyməti bahalaşdı – Rəsmi
Baş Nazir 22 il əvvəl qəbul edilən qərarı dəyişdirdi
Dövlət Baytarlıq Xidmətindən XƏBƏRDARLIQ
Prezident fərman imzaladı
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 