Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər sakit, təhlükəsiz, rəqabətli idi və demokratiyaya doğru addım olub.
Bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili televiziya vasitəsilə müraciətində deyib.
"Mürəkkəb siyasi və qütbləşmiş seçkiqabağı mühitə baxmayaraq, Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər demək olar, sakit, ədalətli, təhlükəsiz və rəqabət mühitində keçirilib. Çox əhəmiyyətlidir ki, bu gün demokratiyaya və sabitləşməyə daha bir addım atılıb", - gürcü lider qeyd edib.