ONN İnformasiya Agentliyi

Rusiyada saxta içkidən ölənlərin sayı 21-ə çatdı

Rusiyada saxta içkidən ölənlərin sayı 21-ə çatdı
8-10-2021, 22:36

Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 21 nəfərə çatıb.

ONN media  xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.

Məlumata görə, ümumilikdə 49 nəfər saxta içki qurbanı qeydə alınıb.

Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.

Qeyd edək ki, Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png