Gürcüstanın Saqareco rayonunun Muğanlı kəndinin bir qrup sakini sabiq prezident Mixail Saakaşvilinin saxlanıldığı Rustavi türməsinin qarşısında keçmiş prezidentə dəstək aksiyası keçiriblər.
ONN media xəbər verir ki, etnik azərbaycanlılar aksiyaya kənd sakinlərindən toplanan məhsullar və eks-prezidentin adına kəsilmiş quzu da gətiriblər. Soydaşlarımız sabiq dövlət başçısını aclığı dayandırmağa çağırıblar.
Muğanlı sakinləri bildiriblər ki, M.Saakaşvili Gürcüstanın gələcəyidir. Onların sözlərinə görə, üçüncü prezidentin hakimiyyəti dövründə bütün vətəndaşlar bərabər idilər.
Aksiyanın sonunda “Yaşasın Mixail Saakaşvili!” şüarı səsləndirilib.
Kənd sakinləri ərzaq məhsullarını həbsxana yaxınlığında bir həftədən çoxdur çadır quran və sabiq dövlət başçısının azadlığını tələb edən Batumi sakini Tariel Mekeidzeyə təqdim ediblər. O bildirib ki, həbsxana rəhbərliyinin icazəsi ilə quzunu məhbuslara çatdıracaq.(report)



Saakaşvili təknəfərlik kameraya köçürüldü
Saakaşvilinin atasını infarkt vurdu
Azərbaycanlılar qayıtmağımı istəyir - Saakaşvili
Saakaşvilinin vəziyyəti pisləşdi – Vəkil
Saakaşvili bu görüntülərə görə qəzəbləndi
Saakaşvilini psixiatr müayinə edəcək
Saakaşvili özəl klinikaya köçürülür
Saakaşvilinin vəziyyəti ağırlaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 