Sumqayıt şəhərində Rasif Həbibovu öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, dava edən şəxslər qonşu olublar. Qətlə yetirilən Rasif Həbibov idmançı olub. Hadisə vaxtı Rasiflə yanaşı dostu Samir də bıçaqlanıb.
Məhkəmədə ifadə verən Samir Dadaşov bildirib ki, onlar Əhəd İsmayılovun övladları Nicat və Ramillə daha əvvəl dost olublar. Daha sonra qız söhbətinə görə münasibətlər pozulub: “Mən Rasif və Əhədin böyük oğlu Nicatla birlikdə maşın alveri ilə məşğul olmuşam, yaxşı münasibətlərimiz vardı. Rasif illərlə Nicatgilin ailəsinin əziyyətini çəkib, Nicatın nə vaxt problemi olurdusa həmin problemləri Rasif həll edib. Sonra Nicat bir qızla tanış oldu. Mən və Rasif həmin qızın normal qız olmadığını, həmin qızdan ayrılmasını Nicata dedik. Nicat da həmin qıza görə bizdən üz çevirdi. Nicatın bu hərəkəti Rasifin xoşuna gəlməmişdi. Çünki Rasif illərlə Nicatın əziyyətini çəkmişdi. Beləliklə Nicat ilə aramızdada münasibətlər soyumağa başladı. Münasibətlər soyuduqdan sonra onlarla aramızda 2-3 dəfə mübahisə yaranıb. Lakin Rasif heç vaxt Nicata əl qaldırmayıb. Nicat və Ramil həmişə nəsə olan kimi gedib ataları Əhədə deyirdilər. Nicat və Ramil artıq atasında elə təəssürat yaratmışdılar ki, guya Rasif onlara gün verib, işıq vermir. Hadisədən əvvəl də Nicat maşın alveri ilə məşğul olan tanışlarından birini insanların arasında təhqir etmişdi. Həmin şəxs bu barədə Rasifə demişdi”.
Araşdırmalarla müəyyən edilib ki, 4 sentyabr 2018-ci il tarixdə axşam saatlarında 1972-ci il təvəllüdlü Əhəd İsmayılov «Xəlifə» şadlıq sarayında iştirak etdiyi böyük toy məclisində spirtli içki qəbul etdikdən sonra evə gəlib. Bir qədər sonra oğlu, 2000-ci il təvəllüdlü Ramil evə gələrək Rasifin oyun zalında onu vurduğunu deyib. Belə ki, həmin gecə saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən Rasif Ramilin adapterini icazəsiz götürdüyünə görə mübahisə yaranıb və bu zaman Rasif özüdən yaşca kiçik olan və münasibətləri daha əvvəl pozulmuş Ramilə bir neçə zərbə endirib. Ramil idarə etdiyi “Hyundai Qrandeur” markalı avtomaşınla evlərinə gedib bu barədə atası kimi ona məlumat verməsindən sonra onlar bıçaq götürərək geri qayıdıblar. Çay evindən Rasifi maşına dəvət edən ata və oğluna Rasifin dostu Samir də qoşulub. Onlar maşını qaranlıq əraziyə sürüblər və burada dava-dalaş düşüb. Dava zamanı ata və oğlu Rasif və Samiri bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada ölüb.
İstintaq materiallarından məlum olur ki, hadisə vaxtı Ə.İsmayılovun maşın alveri ilə məşğul olan böyük oğlu Nicat Gürcüstanda olub. O, ifadəsində bildirib ki, dostu Rasiflə münasibətlərinin pozulmasına Samir çalışıb və aralarını vurub. Həmçinin Nicatın boşanmış qadınla münasibətinin olması dostlarının xoşuna gəlməyib və buna görə də daha əvvəl mübahisə yaranıb.



Metroda sevgilisini bıçaqladı və...
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
Bakıda tanışını evinə çağırdı, sonra isə...
Brilliant Dadaşovanın bacısı oğlu həbs olundu
19 manata görə taksi sürücüsünü ÖLDÜRDÜ
Tələbəni öldürənə hökm oxundu
Nikosayağı-ya 6 il həbs verilə bilər?
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
Bakıda yaşlı qadına qarşı CİNAYƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 