İtaliyanın ən böyük hava yolu şirkəti olan və 75 ildir fəaliyyət göstərən “Alitalia” oktyabrın 15-də fəaliyyətini tam dayandırıb.
ONN media xəbər verir ki, “Alitalia” sonuncu aviareysini Sardiniya adasındakı Kalyari şəhərindən paytaxt Roma istiqamətində həyata keçirib.
1946-cı il sentyabrın 16-da qurulan və 1960-cı illərdə Avropanın aparıcı aviaşirkətlərindən biri olan “Alitalia” əsasən son 30 ildə maliyyə böhranı ilə üzləşmişdi. Bu müddət ərzində İtaliya hökuməti təxminən 13 milyard avroluq maliyyə dəstəyi ilə aviaşirkəti müflis olmaqdan xilas etmişdi. Lakin 2020-ci ildə başlayan COVID-19 pandemiyası və tətbiq olunan karantin qaydaları aviaşirkətin fəaliyyətinə mənfi təsir göstərib və şirkət müflis olduğunu açıqlayıb.
“Alitalia”nı 720 milyon avro sərmayə ilə yeni qurulan “Italia Trasporto Aereo” (“ITA”) aviaşirkəti əvəz edəcək. “ITA” oktyabrın 16-dan etibarən ölkənin rəsmi hava yolu şirkəti olacaq.
“ITA”nın “Alitalia”nın təxminən 10 min 500 işçisindən 2800-nü işə götürəcəyi və bəzi hüquqlarını da alacağı bildirilir. “ITA” aviaşirkətinin donanmasında ilkin mərhələdə 52 təyyarə olacaq, bu təyyarələrin bir hissəsi “Alitalia”dan alınıb, bəziləri isə yeni təyyarələrdir. 2025-ci ilin sonuna qədər təyyarələrin sayının 105-ə çatdırılması planlaşdırılır.



Koronavirus bir şirkəti bitirdi
Rusiya aviaşirkəti Füzuliyə uçuşlara başlayır
Roma Papası BƏƏ-yə tarixi səfər edib
ABŞ Ermənistan şirkətinə sanksiya tətbiq etdi
İrlandiya loukosteri Gürcüstana reyslər açacaq
200 illik geyim şirkəti MÜFLİS OLDU
AZAL İtaliyaya uçuşları bərpa edir
ABŞ Ermənistan şirkətinə sanksiya tətbiq etdi - SƏBƏB?
Almaniya aviaşirkəti Bakıya uçuşları bərpa etdi
Böyük Britaniyada 150-dən çox aviareys təxirə salındı
90-dan çox aviareys ləğv edildi - SƏBƏB
AZAL və "Belavia" Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalamışdırlar
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 