"Bu gün Ermənistan silahlı qüvvələrinin 17 oktyabr 2021-ci il tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutmasının birinci ildönümüdür. Bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilmiş, 50 nəfərdən çox dinc sakin isə yaralanmışdır. Bundan əlavə, 20-ə yaxın ev dağılmış, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəymiş, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb".
ONN media xəbər verir ki, bu fikirlər Ombudsman Səbinə Əliyevanın dünya ictimaiyyətinə çağırışında yer alıb.
"Bu faktla əlaqədar tərəfimdən dərhal dünya ictimaiyyətinə etiraz bəyanatı ünvanlanmış və Gəncə şəhərində bir daha faktaraşdırıcı missiya həyata keçirilməklə hesabat hazırlanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir.
Təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməmişdir.
Bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalətli və obyektiv mövqe nümayiş etdirərək dinc və günahsız azərbaycanlılara qarşı ağır cinayətlərin törədilməsinə göstəriş vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıram!", - Ombudsman əlavə edib.



Ombudsman Gəncə terroru ilə bağlı bəyanat yaydı
Ombudsman dünya ictimaiyyətinə çağırış etdi
Ombudsman atəşə məruz qalmış ərazidə faktaraşdırıcı missiya həyata keçirir
Gəncədə törədilən növbəti terrordan 2 il ötür
Prokurorluq Gəncə terroru ilə bağlı bəyanat yaydı
Ombudsman bəyanat yaydı
Gəncə təxribatından 1 il ötür: Ombudsmandan bəyanat
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Erməni təcavüzü nəticəsində 14 mülki sakin ölüb, 46 nəfər yaralanıb - RƏSMİ
Gəncə İH erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 