Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb.
Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.
ONN media bildirir ki, ADPU-nun mətbuat katibi Cavid Hüseynov faktı “Report”a təsdiqləyib. Onun sözlərinə görə, universitetin poliklinikası və şəhər epidemoloji mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib: “14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrupun yoluxmuş tələbələri bu dövrü bitirib və ənənəvi təhsilə geri dönüblər. Tələbələr arasında virusu ağır keçirən yoxdur”.
Tədrisin ənənəvi formada bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb. BMU-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb: “Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb”.
Qeyd edək ki, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetində yoluxma səbəbindən bir neçə qrup distant təhsilə keçib.



Koronaya görə BDU-da 2 qrup distant təhsilə keçdi
Azərbaycanda bu universitetdə koronavirusa kütləvi yoluxma oldu
Bu universitetdə koronaya yoluxma aşkarlandı
Bu universitetdə koronavirus yayıldı - Distant təhsilə keçildi
Bu gün koronaya yoluxan şagirdlərin sayı AÇIQLANDI
RƏSMİ AÇIQLAMA: Bu gün 19 şagird və 3 təhsil işçisi koronavirusa yoluxdu
Daha 13 məktəblidə koronavirus aşkarlandı - RƏSMİ AÇIQLAMA
Koronavirusa yoluxan şagirdlərin sayı nə qədərdir? - SON STATİSTİKA
Bu gün məktəblərdə koronavirusa yoluxanların SAYI AÇIQLANDI
Bu universitetin Şəki filialı bağlandı - SƏBƏB?
14 şagirddə koronavirus aşkarlandı
Azərbaycanda daha 3 sinif distant təhsilə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 