"Qlazqoda keçirilən İqlim Dəyişikliyi üzrə BMT Liderlərinin Sammiti üçün tələb etdiyimiz təhlükəsizlik protokolu standartlarımız var idi. Bütün beynəlxalq səfərlərimizdə bizə və bütün digər liderlərə həmişə tətbiq olunan protokolda bunlar standart idi. Ancaq bizə dedilər ki, bunlara son anda nail olmaq mümkün deyil".
ONN media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan G20 dövlət başçılarının Roma Sammitindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə lideri Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək Beynəlxalq İqlim Konfransında iştirak etməməsinin və Romadan Ankaraya qayıtmasının səbəblərini açıqlayıb: "Sonradan öyrəndik ki, rədd edilmiş sorğumuzdakı standartlar müstəsna olaraq başqa ölkə üçün təqdim oluna bilər. Bu da diplomatik adətlərə uyğun gəlmirdi. Biz bunu qəbul edə bilmədik. Müvafiq bölmələrimiz dəqiq mövqe ilə danışıqları davam etdiriblər. Sağ olsun, Boris Conson da proseslə maraqlandı. Əvvəlcə problemin həll olunduğunu bildirdi. Amma son anda o, bizə Şotlandiya tərəfinin çətin günlər keçirdiyini bildirdi. Tələblərimiz yerinə yetirilməyəndə Qlazqoya getməkdən vaz keçdik. Nəhayət, bu, təkcə öz təhlükəsizliyimizlə bağlı deyildi, bu, ölkəmizin reputasiyası ilə bağlı idi. Biz millətimizin reputasiyasını qorumaq üçün məsuliyyət daşıyırıq. Ölkəmizin ləyaqətinə, şərəfinə heç bir yerdə xələl gəlməsinə imkan verməyəcəyik. Beləliklə, bir daha göstərdik ki, biz yalnız bərabərlikçi yanaşma ilə daha ədalətli dünya qura bilərik".



SON DƏQİQƏ: Ərdoğan Qlazqo səfərindən imtina etdi
Ərdoğan Baydenlə görüş yerini açıqladı
Ərdoğan İtaliya və Böyük Britaniyaya səfər edəcək
Türkiyə S-400-dən imtina edə bilərmi? - Ərdoğan
Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi
Ərdoğan ABŞ-la bağlı qərarını açıqladı: "Putinlə..."
Ərdoğan Bakıya səfərə gələcək
Kabildə Türkiyə səfirliyinin fəaliyyəti bərpa edildi
Ərdoğan Putinlə görüşəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 