"Buradan Azərbaycana yolçuluq var".
ONN media xəbər verir ki, bunu Belçikanın paytaxtı Brüsseldə baş tutan NATO Liderlər Zirvəsi çərçivəsində ABŞ lideri Co Baydenlə görüşdən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Keçirdiyi görüşlərlə bağlı jurnalistlərin suallarını cavablandıran Türkiyə lideri sonda Azərbaycan səfər edəcəyini növbəti dəfə anons edib.
Bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-16-da Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.
Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək.
İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.



Ərdoğan Belçikada Qarabağdan DANIŞDI
Ərdoğan Füzulidən sonra Zəngilana gedəcək
Ərdoğan Azərbaycana gəlir
Ərdoğan bu gün Azərbaycana səfərə gəlir
Ərdoğanın Azərbaycana səfər proqramı AÇIQLANDI
Ərdoğan Azərbaycana gələcək
Ərdoğan Bakıya səfər edəcək
Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİR
Baydendən İLK AÇIQLAMA: "Ərdoğanla..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 