Ötən gün aparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova ilə 4 ildir evli olduğunu açıqlayıb. O, Rəsulovanın oğlu Osmanın atası olduğunu da bildirib. Aparıcının bu etirafı rezonans doğurub, sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusuna çevrilib.
Maraqlıdır ki, O. Rəsulova 2018-ci ilin noyabrında “Zaurla Günaydın” verilişində oğlunun atası haqda danışarkən onun Türkiyədə yaşayan azərbaycanlı iş adamı olduğunu demişdi: “Vaxt keçəcək hamı onu görəcək, tanıyacaq. Axırıncı dəfə (Bakıya-red.) bir ay əvvəl gəlib”.
Daha bir sual doğuran məqam - Oksana Şəhriyarla qonaq olduğu bütün proqramlarda dost olduqlarını, aralarında heç bir münasibətin yaşanmadığını deyirdi. Hətta 2019-cu ilin sonlarında aktrisa “Söhbət var” proqramında “Şəhriyarla yaxınlığımız həyat yoldaşımı narahat etmir, onu tanıyır” deyərək növbəti dəfə sadəcə dost olduqlarını etiraf etmişdi.
Belə olduğu halda, Ş. Əbilovun O. Rəsulova ilə illər sonra evli olduğunu açıqlaması anlaşılan deyil. Məsələ ilə bağlı O. Rəsulova ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verməyib.
"Ölkə.Az" xəbər verir ki, “Qafqazinfo”ya danışan Şəhriyar Oksananın “Osmanın atası Türkiyədə yaşayan azərbaycanlı iş adamıdır” deməsinə belə münasibət bildirib:
“Mən məgər iş adamı deyiləm? O qədər işim var ki... (gülür-red.). İş adamı o demək deyil ki, fabriki və ya böyük zavodu var. Bizim də balaca da olsa biznesimiz var. Türkiyədə iş görürük. Bir il orada yaşamışam”.
Əbilov Rəsulovanın “Şəhriyarla yaxınlığımız həyat yoldaşımı narahat etmir” deməsinə isə belə cavab verib:
“Oksananın tez-tez açıqlama verməyinin qarşısını ala bilməmişəm. Bizim sirlərimizin ortaya çıxmaması, fikri yayındırmaq üçün belə fikirlər söyləyirdi”.
Aparıcı əlavə edib ki, bu illər ərzində insanların reaksiyasına hazır deyildilər:
“Özümüz üçün öz həyatımızı artıq qurmuşduq. Övladımız var idi. İndi də şükür Allaha böyüyür. Çox istedadlı bir övladdır. Sadəcə insanlara bildirmək istəmirdik. Verilişdə vəziyyət elə gətirdi ki, bir anlıq beynimə gəldi, sıxıldım, dedim. Mən də öz övladımla rahat gəzmək, fotosessiyalar etdirmək istəyirəm. Buna ən azından haqqım var”.



Şəhriyardan gözlənilməz etiraf: Oksananın övladının atasıyam
"İş adamıdır" - Oksana ilk dəfə övladının atasından danışdı
Şəhriyardan yeni ETİRAF: Qadın ilə kişi arasındakı...
Oksana özünü belə arıqlatdı
Keçmiş həyat yoldaşı Oksananı vəhşicəsinə döyüb - VİDEO
Oksana ana oldu
Oksana ilk dəfə oğlu ilə foto paylaşdı - FOTOLAR
“Oğlumun özü də, xasiyyəti də...” - Oksana ilk dəfə uşağından danışdı
Oksana Rəsulova Qazaxıstana gedir
Oksana həyat yoldaşından danışdı: Əfsuslar olsun ki...
Oksana da “Xəzər”ə gəldi
Məşhur rəqqasə Məkkəyə getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 