Futbol üzrə Azərbaycan millisi 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.
ONN media xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda (BOS) oynanılan və 2 kollektiv arasında sayca 6-cı olan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna yaxşı başlayan Azərbaycan millisi görüşün əvvəlindəcə hesabı açmağa yaxın olub. Amma Mahir Emrelinin soil cinahdan iti bucaq altında zərbəsi qapıdan aralı keçib. 19-cu dəqiqədə bu dəfə qonaqlar fərqlənmək üçün yaxşı fürsət əldə etsələr də, Danel Sinaninin cərimə zərbəsindən vurduğu topu qapıçı Şahruddin Məhəmmədəliyev çətinliklə də olsa, qaytara bilib. Az sonra yığmanın heyətində Tellur Mütəlimov meydandan qovulub. 26 yaşlı sol cinah müdafiəçisi qonaqların yarımmüdafiəçisi Olivye Tillin bədəninə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə görüb. Say üstünlüyündən istifadə edən qonaqlar tədricən təşəbbüsü ələ alıblar. 28-ci dəqiqədə Məhəmmədəliyev növbəti dəfə hesabın açılmasına imkan verməyib. Hissənin sonlarında nisbətən fəallığı artıran millinin heyətində Emreli diqqət mərkəzinə düşüb. Polşa “Legiya”sının 24 yaşlı hücumçusu növbəti dəfə qapını nişan alsa da, çərçivəyə düşə bilməyib. 44-cü dəqiqədə BOS-a toplaşan azarkeşlər azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər. İlk hissədə hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
İkinci yarının əvvəlləri bir qədər sönük keçib. 58-ci dəqiqədə Lüksemburq yığmasının heyətində Kristofer Martinsin cərimə meydançasının xaricindən qüvvətli zərbəsində azca dəqiqlik çatmayıb. Bir qədər sonra Till uzaq məsafədən vurduğu topla təhlükə yaratsa da, Məhəmmədəliyev yenə də inamlı təsir bağışlayıb. 66-cı dəqiqədə Azər Salahlının sol cinahdan yerlə ötürməsini Emin Mahmudov saxlamadan qapıya istiqamətləndirsə də, zərbəsi qeyri-dəqiq alınıb. 67-ci dəqiqədə isə qonaqlar Jerson Rodrigeşin baxımlı qolu ilə hesabı açıblar. Buraxılan qoldan sonra dəyişikliyə əl atan De Byazi Ramil Şeydayevi Renat Dadaşovla, Filip Ozobiçi isə Rüstəm Əhmədzadə ilə əvəzləyib. Meydana yenicə daxil olan Əhmədzadə 70-ci dəqiqədə rəqib qapıçı Ralf Şonla üzbəüz qalsa da, fürsəti boşa verib. 78-ci dəqiqədə lüksemburqlular hesab arasındakı fərqi artırıblar. Sebastyan Till yaxşı təşkil olunmuş hücumu məntiqi sonluqla bitirib. 82-ci dəqiqədə Azər Salahlı buraxılan toplardan birinin əvəzini çıxıb. Qolun qaydalar çərçivəsində vurulub-vurulmadığını müəyyənləşdirmək üçün VAR sisteminə müraciət olunub. Yekunda qol qeydə alınıb. Azərbaycan millisi matçın sonlarında hesabı bərabərləşdirmək üçün irəli atılsa da, bunu etmək mümkün olmayıb. Əvəzində Rodrigeş əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb.
Bu qələbədən sonra xalların 9-a çatdıran Lüksemburq seçməsi qrup 3-cülüyünü təmin edib. Azərbaycan isə seçmə mərhələni 1 xalla sonuncu sırada başa vurub.



Millimiz bu dəfə Serbiyaya UDUZDU
Azərbaycanın U-21 millisi Norveçə uduzdu
Millimiz seçmə mərhələyə darmadağınla YEKUN VURDU
Azərbaycan millisindən böyük qələbə
Millimiz Danimarkaya uduzdu
Azərbaycan millisi qalib gəldi
Millimiz Ukraynaya məğlub oldu
Millimiz fransızlara uduzdu
Serbiya - Azərbaycan matçında hesab bərabərləşdi - YENİLƏNİR
Millimiz Yunanıstanı məğlub etdi
Almaniya məğlub oldu
"Qarabağ" FK darmadağınla qalib gəldi
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 