ONN İnformasiya Agentliyi

Millimiz Danimarkaya uduzdu

Millimiz Danimarkaya uduzdu
12-04-2022, 23:30

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olub.

Viborq şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində qolları 2-ci dəqiqədə Stine Larsen və 76-cı dəqiqədə Karen Holmqor vurublar.

Bu qələbədən sonra xallarını 24-ə çatdıran Danimarka millisi liderliyini qoruyub. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png