Milli Televiziya və Radio Şurasının iclasında kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.
Bu barədə şuradan bildirilib.
Şuranın müvafiq qərarları ilə "Azəri Global Servis" QSC-nə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu efir-kabel olmaqla) lisenziyası, "Sevenline" MMC-nə və "İTTNET" MMC-nə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) lisenziyaları verilib.
Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin şuraya təqdim olunması təmin olunub. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilib, "Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.
İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunub və "Televiziya və radio yayımı haqqında" qanunun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına ("Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC, "MNS Service" MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.



MTRŞ 5 kabel şəbəkə yayımçısına lisenziya verdi
Azərbaycanda yayımlanan telekanalların siyahısına yeni TV-lər daxil edildi – SİYAHI
Azərbaycanda yeni televiziya açılacaq
Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub
MTRŞ bir neçə kabel şəbəkəsi yayımçısını məhkəməyə verdi
Üç şirkətin lisenziyası ləğv olundu
Azərbaycanda daha 2 televiziya açılır
Azərbaycanda bu televiziya kanalının yerüstü yayımı dayandırıldı
"Real TV"nin peyk yayımı dayandırıldı - MTRŞ-dan QƏRAR
MTRŞ-dən koronavirusla bağlı televiziyalara - Müraciət
Azərbaycanda bu kanalın yayımı 3 saatlıq dayandırılacaq
Abunəçilərə XOŞ XƏBƏR!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 