"Sosial sfera ilə bağlı təkliflərimdən biri də pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlıdır".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qaydalara əsasən, vətəndaşlarımız öz yığımlarından yalnız pensiya almaq üçün istifadə edirlər:
"Amma bir sıra ölkələrdə pensiya kapitalından digər məqsədlər üçün istifadə etmək hüququna malikdirlər. Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmar və s. istiqamətlər üçün istifadə edilir".
Millət vəkilinin sözlərinə görə, bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur. Məsələn, pensiya yaşına çatmamış 200 min manatdan çox kapitalı olan vətəndaş həmin puldan yalnız pensiya almaq üçün istifadə edə bilir:
"Bu baxımdan, təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqı və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin. Əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman əlavə vəsaitinin 30%-nin başqa məqsədlər üçün istifadə etməsi məqsədəuyğun olardı. Yəni, əgər vətəndaşın 60 min manat pensiya kapitalı yığımları varsa, bu zaman onun 18 min manatını kredit qaytarmaq, kommunal xidmət haqqını ödəmək üçün istifadə etmək hüququna malik olması məqsədəuyğun olardı. Digər 42 min manat isə birbaşa pensiya ödənişləri üçün istifadə oluna bilər".
"Bu həm də yığımlara marağı artıra və qeyri-rəsmi məşğulluğun daha da leqallaşdırılmasına səbəb ola bilər. Həmçinin pensiya yığımlarına marağı artıraraq vəsaitin daha ünvanlı istifadəsinə imkan yarada bilər", - deyə V. Bayramov əlavə edib.



Ölkəmizdə pensiya yaşı artırılır?
Azərbaycanda pensiya kapitalının məbləği artdı
Pensiya yaşı yenidən artırıldı
Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR
Pensiyalar sürətlə arta bilər- YENİ LAYİHƏ
Kişilər üçün pensiya yaşı azaldıla bilər?
Milli Məclisdə pensiya yaşı ilə bağlı VACİB TƏKLİF
Pensiyalarla bağlı YENİ XƏBƏR
Pensiyalar nə vaxt artacaq?- AÇIQLAMA
Vətəndaşın aldığı pensiya onun dərman tələbatını ödəmir - Deputat
Pensiya ilə bağlı ŞAD XƏBƏR - 1 ay ərzində...
Pensiya alanların nəzərinə: oktyabrın 15-də...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 