Dekabrın 1-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişafından və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında hərbi əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbədən sonra azad edilən ərazilərdə görülən işlər barədə qonaqlara ətraflı məlumat verib.
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
Görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Azərbaycan, Pakistan və Türkiyənin iştirakı ilə ikitərəfli, eləcədə üçtərəfli birgə hərbi əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Nazir hər üç dost və qardaş ölkələrin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin əhəmiyyətini qeyd edərək bu sahədə səylərin artırılmasının vacibliyini vurğulayıb.
Pakistanın müdafiə istehsalatı naziri xanım Z.Cəlal öz növbəsində Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Vətən müharibəsində, eləcə də noyabrın 30-da baş vermiş helikopter qəzası nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyib.
Xanım Z.Cəlal bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini vurğulayıb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Pakistan və Türkiyə ilə birgə ikitərəfli, o cümlədən üçtərəfli əməkdaşlıqların inkişaf perspektivləri və qarşılıqlı maraq doğran digər məsələlər müzakirə olunub.



Zakir Həsənov pakistanlı komandanla görüşdü
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ
Zakir Həsənov Pakistanlı həmkarı ilə görüşdü
Zakir Həsənov İran Prezidenti ilə görüşüb
Zakir Həsənov pakistanlı generalla görüşdü
Zakir Həsənov pakistanlı həmkarı ilə görüşdü
Zakir Həsənov türkiyəli generalla görüşdü
Döyüş təcrübəmiz bir çox ölkələr tərəfindən öyrənilir - Nazir
Zakir Həsənov İordaniya kralı ilə görüşdü
Pakistanın hərbi hava marşalı Azərbaycana gəldi - VİDEO
Zakir Həsənov gürcü həmkarı ilə görüşdü - SƏNƏD İMZALANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 