Avtomobil Yollarının Mühafizə Xidməti MMC-nin rəisi Səftər İsmayılov keçmiş mühasibini otağında döyüb.
ONN media xəbər verir ki, bu barədə hadisədə zərəçəkən Kamil Hüseynovun Qaynarinfo.az-a müraciətində bildirilir.
O bildirib ki, Avtomobil Yollarının Mühafizə Xidməti MMC yarandığı gündən orada ağır çəkili nəqliyyat vasitələrinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb:
"MMC-nin nəzdində olan Tərəzi Nəzarət Məntəqələrinin baş mütəxəssisi idim. İdarə rəhbərliyinin göstərişi ilə, bir neçə ay bundan əvvəl işə gəlmədiyim üçün ağır maddə ilə vəzifəmdən kənarlaşdırıldım”.
K.Hüseynov 9 ildir çalışdığı MMC-dən ağır maddə ilə qovulduğunu və keçmiş rəhbərliyin ondan 101 min manat vəsait tələb etdiyini iddia edib:
"Bu hadisə ilə bağlı MMC rəhbərliyindən bir sıra dövlət qurumlarına şikayət ünvanlamışam. Günahsız olduğumu bildirmişəm”.
K.Hüseynov dünən şikayəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Elman adlı vəzifəli şəxsinin qəbulunda olub:
"Elman müəllimin dəvəti ilə onun yanına getdim. Görüşdükdən sonra, Elman müəllimin razılığı ilə MMC-nin rəhbəri Səftər İsmayılovla da görüşdüm. Səftar İsmayılovun otağına daxil olan kimi üstümə hücum edib məni boğmağa başladı. Ondan müxtəlif yerlərə şikayət etdiyimə görə üstümə qışqırdı, təhqir etdi və məni bir neçə vəzifəli şəxslə birlikdə orada döydülər. Qollarımı bağlayıb, otaqdan çıxmağa qoymadılar. Məni 50 dəqiqə otaqda saxladılar. Bundan sonra Elman müəllim də hadisə yerinə gəldi və baş verənlərə görə öz narazılığını bildirdi. Sonra şikayət etməyim deyə mənə işə bərpa olunmağımla bağlı ərizə yazdırdılar. Otaqdan çıxmaq üçün ərizə yazmağa məcbur oldum. Ordan çıxan kimi Bakı Sağlamlıq Mərkəzinə getdim və rentgen olundum. Burnumu sındırıblar, bədənimin müxtəlif orqanlarını əziblər”.
K.Hüseynov artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng mərkəzi”nə şikayət etdiyini də deyib:
"Məhkəmə Tibbi Ekspertizaya getmişəm. Məni döyənlərin adlarını vermişəm. Araşdırmanın nəticələrini gözləyirəm. Onların məni təhqir etmələrinə dair səs yazılarını da saxlamışam”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. O, baş verən hadisədən xəbərsiz olduğunu və məsələ ilə bağlı araşdırma ediləcəyini deyib:
“Bu, elə bir hadisədir ki, baş veribsə, bunu ancaq hüquq-mühafizə orqanları araşdıra bilər. Yəni bu barədə nə deyə bilərəm? Bu haqda ilk dəfə sizdən eşidirəm”.



Şöbə rəisi vəzifədən azad edildi - AAYDA AÇIQLADI
Avtomobil Yolları Dövlət Agentliyinin balansına yeni yollar verildi
Xidmət rəisi bahalı avtomobil alıb?- AÇIQLAMA
Prezidentdən 8,3 milyon manatlıq SƏRƏNCAM
İlham Əliyev bu agentliyə 10,05 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident Bakının bu rayonu ilə bağlı sərəncam imzaladı
Prezident 4,6 milyon manat ayırdı - SƏRƏNCAM
11,8 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident sərəncam imzaladı
Prezident sərəncam imzaladı
Ölkə başçısı sərəncam imzaladı
Dövlət qurumunda yüksək vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Bakıya intensiv yağış yağacaq - Xəbərdarlıq
İlham Əliyev onları təltif etdi
Prezident sərəncam imzaladı
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu 
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi