"Hazırda Azərbaycanda iş qrafikinin və ya iş saatlarının dəyişdirilməsi ilə bağlı hər hansı rəsmi müzakirələr aparılmır. Belə qərarlar yalnız aidiyyəti dövlət qurumlarının apardığı monitorinqlərin və əmək bazarı üzrə qiymətləndirmələrin nəticələrinə əsasən gündəmə gələ bilər".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, yaxın perspektivdə mövcud iş rejiminin qorunub saxlanılması daha real görünür:
"Dünyanın müxtəlif ölkələrində iş vaxtının optimallaşdırılması istiqamətində fərqli təcrübələr mövcuddur. Məsələn, bəzi dövlətlərdə həftəlik iş günlərinin sayının azaldılması, digərlərində isə gündəlik iş saatlarının qısaldılması ilə bağlı pilot layihələr həyata keçirilir. Böyük Britaniyada dörd günlük iş həftəsinin tətbiqi ilə bağlı müəyyən şirkətlərdə sınaqlar aparılıb.
Lakin Azərbaycan üçün hazırkı mərhələdə əsas prioritet iş saatlarının azaldılması deyil, əmək qanunvericiliyinin tələblərinə daha ciddi əməl olunması və işçilərin hüquqlarının effektiv qorunmasıdır. Təcrübədə bəzi işçilər normadan artıq işləyir və ya istirahət günlərində əmək fəaliyyətinə cəlb olunurlar. Belə hallarda qanunvericiliyə uyğun əlavə ödənişlərin və kompensasiyaların təmin olunması vacibdir. Bu istiqamətdə həm dövlət qurumlarının, həm də həmkarlar ittifaqlarının daha fəal fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".



Azərbaycanda yeddi saatlıq iş qrafikinə keçilə bilərmi? - AÇIQLAMA
8 saatdan çox işləyənlərin nəzərinə
Bəzi məktəblərdə dərslər niyə altıgünlükdür?
Ölkəmizdə 4 günlük iş rejiminə keçirilərsə, nə dəyişəcək?
Ölkəmiz dördgünlük iş həftəsinə keçə bilər? - Nazir
Azərbaycanda ərzaq məhsullarının qiyməti ucuzlaşa bilər
Kimlərə iki dəfə çox maaş ödəniləcək?
Quru sərhədlər nə vaxt açıla bilər?
Lirə və rublun dəyər itirməsi manata təsir edəcək? - Deputat AÇIQLADI
Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda hansı sahələrdə iş bərpa olunur?
Ölkəmizdə pensiya yaşı artırılır?
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı 