Milli Məclisdə sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması təklifi müzakirə olunub.
ONN media xəbər verir ki, parlamentin bugünkü iclasında səsləndirilən təklifə əsasən, peşəkar sürücülər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün mövcud 20 ballıq limitin artırılması məqsədəuyğun hesab edilir.
Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi ailəsinin yeganə qazanc sahibidir.
Müzakirələr zamanı qeyd olunub ki, uzun saatlar ərzində sükan arxasında olan sürücülər kiçik qayda pozuntularına görə daha sürətlə 20 ballıq həddə çatırlar. Nəticədə sürücülük hüququnun itirilməsi onların gəlir mənbəyindən məhrum olmasına, ailə büdcəsinə mənfi təsir göstərməsinə, bəzi hallarda isə işsizliyə və maliyyə problemlərinə səbəb olur.
Diqqətə çatdırılıb ki, mövcud 20 ballıq limit peşəsi sürücülük olan şəxslər üçün qeyri-bərabər şərait yaradır. Adi sürücülər alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda, peşəkar sürücülər sürücülük hüququnu itirdikdə gəlirlərini də itirmiş olurlar.
Təkliflər sırasında sürücülük hüququndan məhrumetmə həddinin 20 baldan 40-50 bala qaldırılması, bal sisteminin yalnız kobud qayda pozuntularına tətbiq edilməsi və ilk dəfə törədilən yüngül pozuntular zamanı yalnız cərimə ilə kifayətlənilməsi kimi məsələlər yer alıb.



Cərimə balının limiti artırılır? - Video
“Yaxşı edib qaydaları pozuram” – Reyd zamanı gərginlik - VİDEO
Sürücülük vəsiqələri ilə bağlı yenilik
Taksilər niyə bahalaşıb?
DYP bu sürücülərə müraciət etdi
Tanınmış tiktokeri cəza gözləyir?
Taksi sürücüləri bunu etməsə cərimələnəcəklər
Taksi sürücülərinə qarşı reyd keçirildi
Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin
Marselo sürücülük hüququndan məhrum edildi
Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ!
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
İbrahim Tatlısəs yenidən xəstəxanaya yerləşdirildi
Şənbə günü Bakıda 30-31°dərəcə isti olacaq
Prezident onlara müraciət ünvanladı
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü - Rəsmi açıqlama
Azərbaycanda 6 saatlıq iş rejiminə keçir? - VACİB AÇIQLAMA
Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
Mikayıl Müşfiqin doğum günüdür
Prezident millimizi təbrik etdi
Neft ucuzlaşmaqda davam edir
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq 