Bu gün Neft daşlarında elektrik kimi çalışan əməkdaşlardan biri itkin düşüb.
Bu barədə Neftçilərin hüquqlarının müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında paylaşım edib.
“SOCAR Kompleks Qazma İşləri Trestinin Neft Daşları İstehsalat Bölümü 1779 saylı estakadayanı meydançanın qazma üzrə elektriki iş yerindən yoxa çıxıb.
Səhər saat 05:30 radələrində buruq ustası onu iş başında görüb. Səhər saat 7-də briqada növbəni dəyişdikdə həmin adamın olmadığını və meydançanın bir tərəfində ona məxsus qoruyucu kaskanı aşkar ediblər”, - M.Qəhrəmanlı bildirib.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumatı saytımıza təsdiqləyib.
“Dünən səhər saatlarında Neft Daşlarında bir əməkdaşımız itkin düşüb. Axırıncı dəfə 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb. Meydançanın perimetri boyu və yataqxanada axtarış aparılıb, sahəyə axtarış işləri üçün dərhal bir neçə gəmi cəlb olunub”, - o vurğulayıb.



Xəzərdə tapılan insan qalıqları şirkət əməkdaşına məxsusdur? - SOCAR AÇIQLADI
SOCAR-ın idarə rəisi vəzifəsindən azad olundu
Bakının neft emalı zavodu işini dayandırdı
Dənizdə neftçi itkin düşdü
Xəzərdə neftçi batıb
SOCAR-da yüksək vəzifəyə növbəti TƏYİNAT
Xəzərdə itkin düşmüş neftçidən YENİ XƏBƏR
Bu ölkəyə neft nəql edə bilərik - SOCAR
Rövnəq Abdullayev Neft Daşlarında
SOCAR-ın 420 işçisi təxliyə edildi
SOCAR “Rəsulzadə” gəmisi ilə bağlı açıqlama verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 