Almaniyanın keçmiş Kansleri Angela Merkel təqaüdə çıxmasının ilk günündə səhərin ilk saatlarından öz yeni ofisinə yollanıb.
Almaniyanın "Bild” nəşri Merkelin vəzifə başından kənarda ilk gününü necə keçirməsini izləyib.
Nəşr yazır ki, Merkel daha əvvəl qeyd etmişdi ki, kansler vəzifəsini tərk etdikdən sonra ilk işi doyunca yatmaq olacaq. Lakin belə görünür ki, uzun illik vərdişi tərgitmək elə də asan deyil.
Belə ki, Merkel səhər 08:20-də Berlində yaşadığı evdən çıxıb və Unter den Linden küçəsində yerləşən yeni ofisinə yollanıb.
Eks-Kansler bunun ardınca mühafizəçinin müşayiəti ilə "Hit Ullrich” supermarketində alış-veriş edib.
Media daha əvvəllər yazırdı ki, Merkel kansler vəzifəsindən getdikdən sonra Unter den Linden küçəsində ofisi olacaq. Almaniya kansleri olmuş Helmut Kol da kansler postunu tərk etdikdən sonra məhz bu küçədə büroya sahib idi.
Qeyd edək ki, sosial-demokrat Olaf Şolts dekabrın 8-i Almaniyanın yeni Kansleri seçilib. Merkel isə 2005-ci ildən etibarən 16 il ərzində Almaniyanın Kansleri olaraq çalışıb. /"Qafqazinfo”



Merkel siyasətdən gedəcək?
Merkel koronavirus şübhəsi ilə karantinə alındı
Merkel əsməcələrindən danışdı
Merkel Moskvaya gedir
Merkeldən Türkiyə və Şərqi Aralıq dənizi AÇIQLAMASI
Ərdoğan istədi Merkel isə...- Afinaya böyük zərbə
Merkel titrəməyə görə istefa verəcək?
Merkeldən bu ölkələrlə bağlı ŞOK PROQNOZ
Bu ölkədə koronavirus testi PULLU OLA BİLƏR
Ərdoğan və Angela Merkel görüşdü (YENİLƏNDİ)
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 