ONN İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu başladı

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu başladı
14-12-2021, 12:10

Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilir.

ONN media xəbər verir ki, tədbirin açılış mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, Türkiyənin ticarət naziri Mehmet Muş və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edirlər.

Gürcüstan, Azərbaycan və Türkiyənin ticarət və sənaye palataları arasında memorandumun imzalanması planlaşdırılır.

Bundan öncə Mikayıl Cabbarov gürcüstanlı həmkarı ilə görüş keçirib.

Nazir görüşlə bağlı Tvitter hesabında bu sözləri yazıb:

“Gürcüstanla uğurlu ikitərəfli əməkdaşlıq çoxsaylı iqtisadi layihələrlə dəstəklənir. Bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natela Turnava ilə görüşdə ticarət əlaqələrimizin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşları barədə müzakirələr apardıq”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png