“Azərbaycan hər zaman balanslı siyasət yürüdüb. Cənab Prezidentin bu gün Avropada NATO rəhbəri ilə görüşməsi, bu proseslərin inkişafı fonunda çox mühüm əhəmiyyət kəsb edir”.
ONN media bildirir ki, bunu "Ölkə.Az"a açıqlamasında millət vəkili Arzu Nağıyev Prezident İlham Əliyevin Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə gözlənilən görüşü barədə danışarkən bildirib.
Onun sözlərinə görə, bu görüş əlaqələrin daha da inkişafına gətirib çıxaracaq.
“Azərbaycanın heç bir hərbi blokda olmadığına baxmayaraq, istənilən istiqamətdə istər NATO-nun, istərsə də digər hərbi birləşmələrlə təlimlər keçirməyə və bu istiqamətdə müvafiq addımlar atmağa hazırdır. Bildiyimiz kimi Azərbaycan Türkiyə ilə qaqşılıqlı hərbi təlimlər keçirir. Türkiyə NATO-nun üzvüdür. Bundan başqa biz heç bir hərbi blokda olmasaq da, sadəcə, Qoşulmama Hərəkatında üzv olduğumuz üçün bu istiqamətdə çox ciddi addımlar atırıq”.
Deputat həmçinin bildirib ki, istər NATO standartlarına uyğun, istərsə də digər istiqamətdə biz ordu quruculuğunu daima inkişaf etdirəcəyik:
“Vaxtilə NATO-nun Əfqanıstanda olan sülhməramlı missiyasında Azərbaycan iştirak edib və bu yüksək səviyyədə dəyərləndirilib. Ona görə də NATO-Azərbaycan münasibətləri çox mühüm məsələdir. Baxmayaraq ki, NATO və Rusiya arasında müxtəlif hərbi məsələlər fonunda gərginlik yaşanır, bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki biz hər zaman balanslı siyasət yürütmüşük”.



NATO-nun baş katibi Ərdoğandan növbəti dəfə üzr istədi
Rusiya NATO ilə müharibəyə girəcək?
NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
Moskvada ofisimizi yenidən açmağa hazırıq - NATO
NATO-nun növbəti sammiti Brüsseldə keçiriləcək
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü
NATO-dan sanksiya açıqlaması
NATO da İrəvandan ÜZ DÖNDƏRDİ: "Qəbuledilməzdir..."
Türkiyə Yunanıstanla anlaşdı? - NATO-dan AÇIQLAMA
Qarabağda baş verən son hadisələr NATO-da MÜZAKİRƏ EDİLƏCƏK
Azərbaycan Stoltenberqə təşəkkür etdi
Ukrayna NATO-ya üzv olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 