ONN İnformasiya Agentliyi

65 min oğurladı, Bakıda yeyib-içməyə, bahalı otellərə xərclədi

65 min oğurladı, Bakıda yeyib-içməyə, bahalı otellərə xərclədi
22-12-2021, 14:03

Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.

ONN media xəbər verir ki, hadisə noyabr ayında qeydə alınıb.

Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.

İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png