Türkiyə Superkubokunun qalibi müəyyənləşib.
ONN media xəbər verir ki, həlledici matç ilk dəfə Qətərdə təşkil olunub.
Dohada keçirilən görüşdə “Beşiktaş”la “Antalyaspor” üz-üzə gəlib. 21-ci dəfə Superkubok sınağına çıxan İstanbul klubu favoriti olduğu qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.0
Superkubokun debütantının müqavimətini 33-cü dəqiqədə Atiba Hatçinson qırıb. O, ikinci hissənin bitməsinə 13 dəqiqə qalmış öz qapısına da qol vurub – 1:1.
Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan “Beşiktaş” (4:2) kuboku başı üzərinə qaldırıb.
Bununla da “Beşiktaş” 9-cu dəfə Superkuboka yiyələnib. Sonuncu dəfə bu mükafata 2006-cı ildə sahib çıxan “ağ-qaralar” “Fənərbaxça” və “Trabzonspor”a çatıb. Bu göstəricidə rekord 16 Superkubok qazanan “Qalatasaray”a məxsusdur.
Qeyd edək ki, 1966-cı ildən keçirilən Türkiyə Superkuboku Qətərdəki oyunadək yalnız üç dəfə ölkə xaricində baş tutub. 2006-08-ci illərdə matça Almaniya ev sahibliyi edib.



"Beşiktaş" həm 2 xal itirdi, həm də 2 əsas oyunçusunu
"Qalatasaray" "Beşiktaş"a məğlub oldu
"Beşiktaş" öz meydanında MƏĞLUB OLDU
"Beşiktaş" səfərdə qalib gəldi
"Neftçi"dən YENİ REKORD
UEFA Gənclər Liqasının qalibi bəlli oldu
"Beşiktaş"dan GURULTULU TRANSFER
Türkiyə üçün 27 il sonra bir ilk yaşandı
"Qalatasaray"a kubokda şok zərbə
"Fenerbahçe" yenidən qalib oldu
Bu gün İstanbulda derbi var
"Qalatasaray" "Beşiktaş"a qalib gəldi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 