“Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, lakin banklarımızdan dollar almaq xeyli çətinləşib, bəzi banklar ümumiyyətlə dollar satmır. Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi - 1,70 manat ilə alır. Banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alacaq qədər axmaq deyil. Yəni, birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon dollar ala bilərdilər. Deməli, ala bilmirlər və Mərkəzi Bank satışı məhdudlaşdırıb.
Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Bu o deməkdir ki, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır və dollara tələb də yüksəlir”.
Bunu iqtisadçı ekspert Əkrm Həsənov deyib. O bildirib ki, hazırda devalvasiyanın olacağı haqda söz-söhbətlər də artıb: “2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi. Lakin devalvasiya böyük ehtimalla olmayacaq. Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Həmçinin qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır”.
Ekspertin sözlərinə görə, yeganə ehtimal kimlərinsə “qara bazar”ı aktivləşdirmək istəyi ola bilər: “Dollara çox ehtiyacı olanlar “qara bazar”a üz tutur və oradan bankların məzənnəsindən yüksək qiymətlə istədiyi qədər ABŞ dolları alır”.



Sabah dollar neçəyə olacaq? - MƏZƏNNƏ
Banklar dolların alış qiymətini qaldırdı
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ: Sabah məzənnə...
Rubl rəsmən çökür - SON RƏQƏM
Sabah dollar bu qiymətə olacaq - MƏZƏNNƏ
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Sabaha olan MƏZƏNNƏ
Çayın qiyməti bahalaşdı
Bu gün dolların qiyməti necə olacaq? - MƏZƏNNƏ
Məzənnə dəyişdi?
Rusiyada dollar kəskin bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 