Bu vaxta kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 135 nəfər 20 Yanvar şəhidinin ailəsi və əlili mənzillə, 100-dək 20 Yanvar əlili minik avtomobili ilə təmin edib.
Nazirlikdən verilən məlumata görə, 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur.
20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdə həmin sosial ödənişlər dəfələrlə artırılıb, həmçinin 2019-cu ildə sosial müavinət və təqaüdlərdə orta hesabla 100% artımlar edilib.
2021-ci ilin əvvəlindən isə onlara Prezidentin aylıq təqaüdləri növbəti dəfə orta hesabla 50% artırılıb və şəhid ailələri üçün 500 manata, 20 Yanvar əlilləri üçün I dərəcə üzrə 400 manata, II dərəcə üzrə 350 manata, III dərəcə üzrə 300 manata çatdırılıb.
2022-ci ilin əvvəlindən isə növbəti islahat paketi çərçivəsində əlilliyi olan şəxslərin müavinətləri növbəti dəfə artırılaraq, I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata, birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü 50 manatdan 80 manata çatdırılıb.
Beləliklə, təkcə son üç ildə əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Eyni zamanda, 20 Yanvar əlillərinin böyük hissəsi həm də pensiya ilə təmin olunur və son üç ildə pensiyaların da orta aylıq məbləği 60% artıb.
Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailələri üzvlərinin hər birinin yaşa görə əmək pensiyasına əlavə hesablanıb. Həmçinin hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin uşaqları da aylıq müavinətlə təmin olunur. Əmək, vergi və digər sahələrə dair qanunvericiliklərdə şəhid ailəsi üzvləri, eləcə də müharibə və 20 Yanvar əlilləri üçün bir sıra imtiyaz və güzəştlər əksini tapıb.



Əlillərin müavinətləri bu qaydada artırılacaq - İZAH
Şəhid ailələrinə birdəfəlik maddi yardımlar verildi
Çernobıl əlillərinə birdəfəlik maddi yardım verildi
Şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə daha 40 mənzil təqdim edildi
Kamil Musəviyə avtomobil hədiyyə verildi
Yanvar ayının pensiyaları tam ödənildi
Nazirlikdən şəhid ailələrinə veriləcək müavinətlə bağlı YENİ AÇIQLAMA
Prezidentin sərəncamı neçə nəfərin maaşına təsir etdi?
Müharibə əlillərinin pensiyası nə qədər artıb?
Sabahdan sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri artır
Prezidentin aylıq təqaüdünü alanların sayı AÇIQLANDI
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 