Avstraliyalı elm adamları Süd Yolu qalaktikasında əvvəllər görünməmiş naməlum fırlanan obyekt aşkar etdiklərini bildiriblər.
ONN media xəbər verir ki, ilk dəfə Curtin Universitetinin fəxri tələbəsi Tayron O'Doherti tərəfindən kəşf olunan naməlum obyektin hər 18 dəqiqədən bir böyük radio enerjisi buraxdığı müşahidə edilib.
Beynəlxalq Radio Astronomiya Tədqiqatları Mərkəzinin Curtin Universiteti qovşağındakı tədqiqat qrupunun rəhbəri astrofizik Nataşa Harli-Volker kosmosda belə halların çox baş verdiyini, lakin bu cür aktiv olan bir obyektin çox az müşahidə edildiyini bildirib.
Astrofizikin sözlərinə görə, tədqiqat qrupu obyektin Yerdən təxminən 4 min işıq ili uzaqda olduğunu, inanılmaz dərəcədə parlaq və son dərəcə güclü maqnit sahəsinə malik olduğunu müəyyən edə bilib.
Qeyd edək ki, obyektin nə ola biləcəyi ilə bağlı nəzəriyyələrə neytron ulduzu və ya çökmüş ulduz qalıqları olması ehtimal edilir.



Rəsədxanadan naməlum obyektlə bağlı açıqlama - Video
Rusiya səmasında qəribə varlıq görüldü
Azərbaycan səmasında NAMƏLUM OBYEKT GÖRÜLDÜ - VİDEO
Gecə qaranlığında uçan NAMƏLUM OBYEKT peyda oldu — Görüntülər tam orijinal çıxdı / VİDEO
190 nəfərlik toy edən restoran sahibi cərimələndi
Güclü ulduz partlayışı olub
Astronomlar yeni qalaktika kəşf etdilər
ABŞ-ın səmasında naməlum uçan obyekt GÖRÜNDÜ
Kiyev səmasında naməlum obyekt görüldü
Azərbaycan səmasında “UÇAN BOŞQAB” göründü – VİDEO
Daha bir TƏHLÜKƏ: noyabrın 13-də...
Üç yeni planet kəşf edildi: Birində həyat ola bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 