Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Yevlaxda sursat partlayışı ilə bağlı məlumat yayıb.
ONN media məlumatın mətnini təqdim edir:
"Məlum olduğu kimi, 2022-ci il 01 fevral tarixində Yevlax rayonunun Şurabad kəndi yaxınlığında hərbi sursat partlayışı baş verib. Kənd sakini 1996-cı il təvəllüdlü Mikayılov İsmayıl Vidadi oğlu təsərrüfat fəaliyyəti ilə məşğul olarkən, yad əşyaya toxunma səbəbindən yaranan partlayış nəticəsində həlak olub.
ANAMA tərəfindən ərazidə aparılan araşdırma və yoxlamalar zamanı aşkar olunan partlayıcı qurğuların kaset tipli sursat kateqoriyasına aid olduğu müəyyən edilib. 2008-ci ildə Osloda imzalanan konvensiyanın şərtlərinə görə kasetli sursatların istehsalı, istifadəsi, daşınması və toplanması “Kasetli Sursatlara dair Beynəlxalq Konvensiya” ilə qadağan olunur.
44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bu növ sursatlar həm döyüş bölgələrində, həm də Azərbaycanın şəhərlərində yaşayan dinc əhaliyə qarşı dəfələrlə istifadə edilib. Konvensiya ilə qadağan olunmuş silahların istifadəsi Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasını və dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha təsdiq edir.
İşğaldan azad edilmiş ərazilərdə ANAMA əməkdaşları tərəfindən icra edilən təmizləmə əməliyyatları zamanı bu tip çoxlu sayda partlayıcılar aşkar edilərək zərərsizləşdirilib.
Müharibədən zərər çəkmiş rayonlarda ANAMA tərəfindən mütəmadi olaraq mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə Agentlik xüsusi önəm verir. Bu məqsədlə, kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında bu istiqamətdə maarifləndirmə təbliğatı aparılır.
ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təyinatı məlum olmayan əşyalara toxunmamağa, təhlükə səbəbindən qadağan edilmiş ərazilərə səfər etməməyə çağırır. Şübhəli və naməlum əşyalara rast gəldikdə “102” və “112” xidməti zəng mərkəzlərinə məlumat verilməsi xahiş olunur".



Füzulidə silah anbarında güclü partlayış olub
Tərtərdə MİNA PARTLAYIŞI: 2 nəfər xəsarət aldı
Cəbrayılda sursat partladı: ANAMA əməkdaşı həlak oldu
ANAMA Daşaltıdakı hadisə ilə bağlı məlumat yaydı
Sədərəkdə partlayış baş verdi
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
Şuşada bir nəfər minaya düşdü
Xocavənddə baş verən partlayışın təfərrüatı açıqlandı
Cəbrayılda qadağan olunmuş sursatlar AŞKARLANDI
Mina partlayışı harada baş verib?
Mina partlayışı nəticəsində xəsarət alan şəxsin son durumu necədir?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 