Bakıda qətl törətməkdə təqsirli bilinən Əli Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONN media xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Nizami rayonunda qeydə alınıb.
Nizami rayon Prokurorluğundan verilən məlumata görə, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.



"Tik-tok"da yazdığı ifadəyə görə öldürülən gənc Vətən Müharibəsi iştirakçısı olub
Bakıda keçmiş məhkumdan QANLI CİNAYƏT
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
Tərtər sakini 2 yaşlı uşağı qətlə yetirdi - QORXUNC CİNAYƏT
Bakıdakı dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Xaçmaz sakini həmyerlisinin üstünə benzin tökərək yandırdı - DƏHŞƏTLİ CİNAYƏT
Sabiq prorektorun oğlu hakim qarşısında
Bakıda daha bir QƏTL
Abşeronda İYRƏNC CİNAYƏT
Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında
Azərbaycanda film kimi cinayət
DƏHŞƏTLİ QƏTL- Kişi yoldaşını öldürdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 