Bəzən yaşdan, bəzən isə orqanizmdən asılı olan proseslərə görə yaddaşda problem yaranır.
ONN media beyin fəaliyyətini artıran, yaddaşı gücləndirən bəzi üsulları təqdim edir.
Yeni məlumatlar öyrənib tətbiq edin
Yeni məlumat və bacarıqların öyrənilməsi prosesində beyində yeni sinir əlaqələri formalaşır ki, bu da yaddaş üçün vacibdir. Hər şeyi öyrənə bilərsiniz: hansısa dili öyrənməkdən tutmuş tennis oynamağa qədər. Əsas davamlı olaraq yeni məlumatları qəbul və emal etməkdir.
Gündəlik tutmağa çalışın
Düşünmək, onları yazılı şəkildə ifadə etmək beyin üçün bir növ məşq rolunu oynayır. Günün önəmli hadisələri, izlədiyiniz filmlər, oxuduğunuz kitablar haqqında təəssüratlarınızı, ağlınıza gələn istənilən ideyanı həmin dəftərə yaza bilərsiniz. Buna vaxtınız olmadığı üçün telefonunuzdakı qeyd bölməsinə bir neçə cümlə yazmaq istəyə bilərsiniz. Lakin bunlar fərqlidir. Hadisələri ardıcıl mətn formasına salmaq beyin fəaliyyəti üçün vacibdir. Bu, beyni daha çox işlətməyinizə və yaddaşınızın güclənməsinə yardımçı olacaq.
Pəhrizinizə diqqət edin
Düzgün qidalanma, beyin fəaliyyətini artıran meyvə-tərəvəzlər yemək mütləqdir. Alimlər beynin fəaliyyətinə təsir edə biləcək əsas və ən təsirli maddəni omeqa-3 yağ turşuları olduğunu bildirib. Onlar beyin hüceyrələrində membranların qurulması, həmçinin iltihablı reaksiyaların qarşısının alınması və oksidləşdirici stresin azaldılması üçün vacibdir. Statistikaya görə, omeqa-3 yağ turşularının çatışmazlığı yaddaş azalması riskini artırır. Bu səbəbdən pəhrizinizdə yağlı balıq, qoz-fındıq, toxum, avokado və zeytun yağının olmasına diqqət yetirin.



Uşaqlarınızı daha ağıllı edəcək 7 QİDA
Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqladı
Bu şəxslər heçvaxt kökəlmir
Beynin fəaliyyətini artıran 7 maraqlı üsul
Bu vitaminlərin çatışmamazlığı beyinə ciddi təsir edir
Bu şəxslər heç zaman kökəlmir
Bu qidalar beyni stresdən qoruyur
Övladınızın zehnini açacaq - 10 QİDA
Qəribə yuxu görməyin insana faydası nədir?
Yaddaşınızı möhkəmləndirmək, təzyiqi salmaq üçün bunları için
Diqqəti cəmləməyə kömək edən qidalar
İnsan bədənində "ikinci beyin" haradadır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 