Göyçayda yaşayış binasında yanğın baş verib.
Hadisə bu gün saat 17:30 radələrində şəhərin Nizami küçəsindəki 29 saylı ünvanda yerləşən 16 mənzilli, ikimərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın hadisəsi binanın 2-ci mərtəbəsində yaşayan rayon sakini 1955-ci il təvəllüdlü Musayeva Fəridə Əsgər qızına məxsus ümumi sahəsi 70 kvadratmetr olan 4 otaqlı evdə baş verib.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin iki otağı və içəridəki əşyalar yanıb, qalan hissə yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olunub.
Yanğın zamanı təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə olunub. Yanğın qısa vaxtda söndürülüb, alovun bütün binanı əhatə etməsinin qarşısı alınıb.
Hadisə zamanı ailə üzvləri evdə olub. Ev sahibi, 1955-ci il təvəllüdlü Məcidov Fikrət Tərlan oğlu və onun oğlu, 1978-ci il təvəllüdlü Məcidov Pərviz Fikrət oğlu bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıblar.
Hadisənin elektrik naqilində baş verən qısaqapanma səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma başladılıb.



Bakıda yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında güclü yanğın- Sakinlər təxliyyə olundu
Bakıda çoxmərtəbəli binada yanğın baş verib
Bakıda yaşayış binasında güclü yanğın- Sakinlər təxliyyə olundu
Bakıda yaşayış binasında yanğın: zəhərlənən var
Bakıda yaşayış binasında yanğın olub
Göyçay rayonunda yanğın hadisəsi baş verib
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyyə edildi
Bakıda yaşayış binasında yanğın
Bakıda yaşayış binasında yanğın olub- ÖLƏN VAR
Azərbaycanda məcburi köçkünlərin yaşadığı binada yanğın oldu
Yasamalda yaşayış binasında YANĞIN: 4 nəfər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 