Rusiyanın ən varlı biznesmenlərinin ümumi sərvəti ilin əvvəlindən 50,1 milyard dollar azalıb.
ONN media xəbər verir ki, bu barədə “Bloomberg Billionaires Index”in (BBI) məlumatlarında qeyd olunub. İndeks milyarderlərin pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.
Hazırda BBI reytinqində Rusiyanın 22 vətəndaşı var. Onların ümumi sərvəti aprelin 1-nə 299,47 milyard dollar təşkil edib.
Siyahıda sərvəti ən çox azalan iş adamı “Lukoyl”un prezidenti, Azərbaycan əsilli Vahid Ələkbərov olub. Onun sərvəti 17,4 milyard dollar və ya 4 dəfə azalıb. 5,36 milyard dollar sərvəti olan Ələkbərov BBI reytinqində ən az sərvəti olan rus milyarderi olub.
Ən zəngin rus vətəndaşı “Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin ilin əvvəlindən 1,47 milyard dollar itirsə də, onun sərvəti hələ də 29,4 milyard dollardır. “Novatek”in ortaq sahibi Leonid Mixelsonun sərvəti də nəzərəçarpacaq dərəcədə - 4,9 milyard dollar azalaraq 27,5 milyard dollara düşüb. O isə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə sərvəti 5,7 milyard dollar azalaraq 23,1 milyard dollar olan “Severstal”ın əsas sahibi Aleksey Mordaşov yer alıb.
Reytinqdə dördüncü yerdə sərvəti 4,97 milyard azalaraq 23 milyard dollar olan “NLMK” benefisiarı Vladimir Lisin, beşinci yerdə sərvəti 1,5 milyard dollar azalan Əlişir Usmanov (“Metalloinvest”, “Megafon”), altıncı yerdə sərvəti 152 milyon dollar artaraq 17,6 milyard dollara yüksələn “Evroxim” və “SUEK”in keçmiş əsas benefisiarı Andrey Melniçenko qərarlaşıb.
Siyahıda yeddinci yerdə ilin əvvəlindən sərvəti 1,42 milyard dollar azalaraq 17,1 milyard dollar təşkil edən “Renova”nın əsas sahibi Viktor Vekselberq olub. Səkkizinci yerdə isə “Novatek” və “Sibur” şirkətlərinin səhmlərinə sahib olan Gennadi Timçenko olub ki, o da 6,03 milyard dollar yoxsullaşıb və hazırda onun 16,4 milyard sərvəti var.



Ələkbərovun sərvəti 5 milyard artdı
İlon Mask bir gündə 16,3 milyard dollar itirdi
Dünyada sərvəti 100 milyard dollar olan üçüncü şəxsin adı açıqlandı
Dünyanın ən zəngin azərbaycanlısı 1 həftədə 500 milyon dollar itirdi
İlon Mask bir gündə 15 milyard dollar itirdi
Dünyanın ən varlı ailələrinin adları açıqlandı - ŞOK RƏQƏMLƏR
İlon Mask dünyanın ən zəngin şəxsi oldu
Putin iş adamı Vahid Ələkbərovu təltif edib
Bir günə 16 milyard dollar itirildi
Müasir tarixin ən zəngin adamı kimdir?
Azərbaycanlı Rusiyanın ən zəngin milyarderi oldu
İlon Mask öz titulunu geri qaytardı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 