Külli miqdarda rüşvət ittihamı ilə həbs edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri, eyni zamanda, yazıçı Əjdər Cəbiyevin (Əjdər Ol) bir sıra mülkə sahib olduğu üzə çıxıb.
İstintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Əjdər Ol və yaxın qohumlarının adına olan bir sıra mülkün üzərinə həbs qoyulub.
Həmin əmlaklar aşağıdakılardır:
Əjdər Olun mülkləri:
Nərimanov rayonunda (mənzil: 25) - 528 min manat
Nərimanov rayonunda (mənzil: 26) - 528 min manat
Nərimanov rayonunda mənzil - 80 min manat
Novxanı kəndində 0.12 hektar torpaq sahəsi - 100 min manat
Ailə üzvlərinin mülkləri:
Səbail rayonunda mənzil - 150 min manat
Xətai rayonunda mənzil - 120 min manat
Nərimanov rayonunda mənzil - 85 min manat
Nərimanov rayonunda mənzil - 325 min manat
Bundan başqa, ailə üzvlərinin mülkiyyətində olan Nərimanov rayonunda 3 mənzil, Hacıqabulda 0.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti obyektiv səbəblərə görə müəyyən edilə bilməyib.
Məhkəmənin qərarı ilə Əjdər Olun dövlətə vurduğu maddi ziyanın ödənilməsi məqsədilə onun DTX Maliyyə İdarəsinin depozit hesabına qoyduğu 589 min 760 manat müsadirə edilməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına keçirilib. O, dövlətə vurduğu ziyanı nağd şəkildə ödəyib.
Qeyd edək ki, Əjdər Ol qulluq mövqeyindən istifadə edərək, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilib. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq 600 min manata yaxın pulu rüşvət və mənimsəmə yolu ilə ələ keçirməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətə azadlıqdan məhrum olunub.
Azərbaycan Yazıçıları Birliyinin üzvü olan Əjdər Ol 70-ə yaxın kitabın müəllifidir və bu sahədə təltif edilib. ("Qafqazinfo")



DTX-nın axtarış keçirdiyi İH- nin başçısının mülkləri- Siyahı
Eldar Həsənovun müsadirə olunan əmlaklarının SİYAHISI
Ev almaq istəyənlərə VACİB XƏBƏR
Bu şəxslərə ev veriləcək
Səlim Müslümova şərti həbs verildi
Vilyam Hacıyevlə bağlı qərar verildi
Bakıda tikinti şirkətinə cinayət işi açıldı
Sabiq bank rəhbərinin bütün əmlakı müsadirə edildi - SİYAHI
Mehriban Əliyeva evi əlindən alınan aprel şəhidinin ailəsinə mənzil bağışladı
Bakıda tikinti şirkətinin rəhbəri dələduzluq etdi
Səlim Müslümovun məhkəməsi növbəti dəfə TƏXİRƏ DÜŞDÜ
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 