Azərbaycanda tezliklə karantin qaydalarının ləğv edilməsi gözlənilir. Bununla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin dövründə yazılmış inzibati cərimələrin də silinməsi təklif olunur.
ONN media xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, cərimələrin ləğv edilməsi ilə bağlı təkliflər mövcuddur. Hətta bununla əlaqədar Milli Məclisdə də məsələ qaldırılıb:
“Hesab edirəm ki, biz artıq pandemiya dövrünü uğurla başa vurmağımızı qeyd edə bilərik. Nəticələr göz qabağındadır. Düzdür, 10 min nəfərə yaxın insanımız dünyasını dəyişib, ancaq koronavirus ümumi bəla idi, şəxslərin əməli nəticəsində meydana gəlməmişdi.
Qeyd etmək lazımdır ki, cərimələr yalnız maska ilə bağlı deyil, müəyyən iaşə obyektlərinə tətbiq edilmiş digər cərimələr də var. Bunların hamısına amnistiya elan olunması yüz minlərlə insanın sevincinə səbəb ola bilər. Bununla da aztəminatlı Azərbaycan vətəndaşlarının büdcəsinə dəstək vermək olar. Hüquqi baxımdan təkliflərin qəbul olunmasına heç bir maneə yoxdur”.
Hüquqşünasın fikrincə, cərimələrin ləğv olunması barədə yuxarı instansiyalarda qərar qəbul oluna bilər:
“Səhv etmirəmsə, başqa ölkələrdə belə nümunələr mövcuddur. Biz də bu addımı atmalıyıq. Yenə də deyirəm, yüz minlərlə insanı sevindirə və aztəminatlı ailələrin büdcəsinə kömək ola bilərik”.
Ç.Qənizadə, eyni zamanda quru sərhədlərinin də açılmasının vacibliyini diqqətə çatdırıb:
“İndiyədək quru sərhədlərimizin niyə bağlı qaldığını başa düşə bilmirəm. 500 nəfərlik toylara icazə verilir, yaslara icazə verilir. Bunun əvəzində sərhədlərdən sənədlər, COVID pasportu və digər PCR testi olan şəxslərin buraxılmaması başa düşülən deyil. Azərbaycan dövləti sərhəddə qalan vətəndaşlarına sahib çıxmalıdır”.



Azərbaycanda kimlərin koronavirus cəriməsi silinəcək? - AÇIQLAMA
Karantin cərimələri hansı halda silinə bilər? - AÇIQLAMA
Karantin cərimələri silinəcək? - DİN-dən CAVAB
İyun ayında karantin rejimi ləğv ediləcək? - AÇIQLAMA
Karantin cəriməsini ödəməyən vətəndaşların — NƏZƏRİNƏ!
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır
Karantində yazılan cərimələr ləğv olunacaq?
İkinci dəfə ölkə miqyasında karantin elan etdilər - Dünyada İLK
Karantin cəriməsini ödəməyənləri NƏ GÖZLƏYİR? - VİDEO
Sərt karantin: Bu şəxslərin cərimələri silinə bilərmi?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 