Martın 5-6-da keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5 935 şagird ərizə ilə müraciət edib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 427 nəfər öz ərziəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib.
Apellyasiya Komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23 304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1 145 424 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 2.03%-ni təşkil edir.
Daxil olan bütün müraciətlər araşdırılıb və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 2 114 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 3 621 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. 200-ə yaxın şagirdlə isə əlaqə yaratmaq mümkün olmayıb. Onların bəzisi dəfələrlə edilən zənglərə cavab verməyib, bəzi telefon nömrələrinə zəng zamanı “nömrə təyin edilməyib” bildirişi gəlib, bəzi nömrələrin isə apellyasiyaya müraciət edən şəxslərə heç bir aidiyyəti olmayıb. Bununla belə, həmin şəxslərin də ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib.
Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4%-i) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.
Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.
12-13 mart tarixində keçirilmiş imtahanlarla bağlı qeyd edə bilərik ki, artıq müraciətlərin təqribən 60%-dən çoxu araşdırılıb. Bəzi müraciətlərin telefonla cavablandırılmasına başlanılıb. “Zoom”la olan görüşlər isə həftə sonundan etibarən təşkil edilməyə başlanılacaq. Apellyasiya prosesinin yekunu ilə bağlı məlumat növbəti həftənin sonu veriləcək. 3 aprel tarixində keçirilmiş imtahanın nəticələri ilə bağlı edilən müraciətlərin araşdırılmasına növbəti həftə başlanılacaq və iştirakçılarla əlaqə saxlanılacaq.



DİM rəsmi məlumat yaydı
DİM buraxılış imtahanları ilə bağlı məlumat yaydı: “Çox təəssüf ki...”
Abituriyentlər şikayət etdi, DİM qiymətləri dəyişdi
Buraxılış imtahanının nəticələri açıqlandı
Nəticələr açıqlandı - DİM
Bu şagirdlərin nəticəsi niyə ləğv olundu?
Buraxılış imtahanlarının nəticələri elan olundu
Aprelin 30-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı
100-dən çox şagirdin imtahan nəticəsi dəyişdirildi
Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 