İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.
ONN media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, “Dövlət rüsumu haqqında” Qanununa 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikliyə əsasən bir sıra dövlət rüsumlarının, o cümlədən ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının, coğrafi göstəricinin, əlaqəli hüquqlar obyektinin inteqral sxem topologiyasının və məlumat topluları ilə bağlı dövlət rüsumlarının məbləğləri orta hesabla 50-100 faiz artırılıb.
Ölkədə aparılan sosial yönümlü siyasətin əsas istiqamətlərindən biri də vətəndaşların rifahının yaxşılaşdırılması və bu məqsədlə mütəmadi olaraq əmək haqlarının artırılmasıdır. Bu baxımdan Agentliyin tabeliyində olan qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək haqlarının artırılması da Agentliyin diqqət mərkəzindədir.
Bu istiqamətdə aparılan təhlillər nəticəsində əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı sahəsində göstərilən xidmətlərə görə xidməthaqlarının məbləğlərinin orta hesabla 50 faiz artırılması məqsədəuyğun hesab olunub.



Bu avtomobillər gömrük rüsumundan azad edildi
Baş nazir Əli Əsədov yeni qərar imzaladı
Bu komitə ləğv olundu
Milli Məclisin növbəti iclası başladı
Azərbaycanda patent alanların NƏZƏRİNƏ
Dövlət qurumunun 29 əməkdaşı işdən çıxarıldı
Azərbaycanda dövlət rüsumlarının artırılmasının SƏBƏBİ AÇIQLANDI
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
Milli Məclisdə 17 qanun layihəsi müzakirəyə çıxarılır
Milli Məclisin iclası başlayıb
Artıq ödənilmiş dövlət rüsumu bu qaydada qaytarılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 