Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Azərbaycanın təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur:
"Biz bununla həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə veririk. Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir çağırışla qoşulur. Bu o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının önlənməsinə, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına, onların yaşayış yerlərinin davamlılığının təmin edilməsinə, həmçinin ərzaq və su təhlükəsizliyi kimi aktual problemləri gündəmə gətirməklə birgə fəaliyyətə qoşulmalıyıq. Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilməyə alışaq!”
A.Babayevanın sözlərinə görə, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.



Milli parklarda “açıq qapı” günü keçiriləcək
Bu bazar parklara giriş pulsuz olacaq
Bu gün milli parklarda “Açıq qapı” günü keçirilir
Milli parklara getmək istəyənlərin nəzərinə
Mayın 18-də bu muzeylər pulsuz olacaq
Bu gün hərbi hissələrdə “Açıq qapı” günü və andiçmə mərasimi keçirilir
Sabah muzeylərə giriş pulsuz olacaq
Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
Əsgər valideynlərinə şad xəbər
Əsgər valideynlərinin DİQQƏTİNƏ
Azərbaycanda bu qadağa qüvvəyə minir: Sentyabrın 1-dək...
Hirkan milli parkına giriş pulsuz olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 