İyunun 6-da gecə saat 01:00-dan etibarən Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə bağlı Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ONN media-ya verilən məlumata görə, hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.
BŞH-ın Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov bildirib ki, nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq: "Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün "Yaşayış Yerinə Giriş İcazəsi" veriləcək. Bu zonalarda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan sürücülər icazəni tam ödənişsiz şəkildə BŞH-ya müraciət etməklə əldə edə biləcəklər".
O da bildirilib ki, vətəndaşlar "Yaşayış Yerinə Giriş İcazəsi" sənədinin paylanma məntəqələrinə yaxınlaşaraq həftənin bazar ertəsindən cümə gününədək saat 10:00-dan 17:00-dək əldə edə bilərlər. Sənədin paylanması mayın 16-dan start götürüb və iyunun 12-dək davam edəcək.
Azərbaycan Qran-prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində daimi yeraltı keçidlər gün boyu açıq olacaq.
Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xəqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xəqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.
Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10-12 iyunda gerçəkləşəcək.



“Formula-1”: Bəzi yollar bu gecədən bağlanır
“Formula-1” vaxtı Bakıda gediş-gəliş necə olacaq?
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Formula 1-ə görə bu yol bağlanır
Bu prospektdə hərəkət məhdudlaşdırılacaq
"Formula 1" üzrə Azərbaycan Qran Prisi zamanı azarkeşlərə hansı avtobuslar xidmət edəcək?
Bu yolda hərəkət “Formula 1”ə görə dayanır
Sabahdan Bakıda bütün yollarda hərəkət BƏRPA OLUNUR
Bulvara giriş BAĞLANIR
Bu gündən bulvara giriş 5 günlük bağlanır
"Formula 1" ə görə bu yollar bağlı olacaq
“Formula”ya görə bu küçələr də bağlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 