ONN İnformasiya Agentliyi

İrəvanda keçirilən aksiyalarda bir ilk

İrəvanda keçirilən aksiyalarda bir ilk
3-06-2022, 23:43

Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyası zamanı polis ilk dəfə səs bombasından istifadə edib.

ONN media xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib. Belə ki, Proşyan küçəsində etirazçılar parlament binasına getmək istəyəndə vəziyyət gərginləşib. Polis aksiyanı dağıtmaq üçün səs bombasından istifadə edib.

“Müqavimət” hərəkatının koordinatorlarından biri İşxan Saqatelyanın etirazçıların parlament binasına gedə bilməsi üçün polisi yolu açmağa çağırmasından sonra vəziyyət qarışıb. Bundan sonra aksiyaçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma şiddətlənib.

Qeyd edək ki, rəsmi açıqlamaya görə, ən azı 35 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png