iyunun 2-də axşam saatlarında Ermənistanda bir neçə ildir axtarışda olan iş adamı Ohanes Kamaryan Moskvanın mərkəzində öldürülüb.
ONN media xəbər verir ki, O.Kamaryan 2013-cü ildə sahibkar rəqibi Rafik Madoyanın sifarişli qətlini təşkil etməyə cəhddə günahlandırılırdı.
Ermənistanda Kamaryanı 20 il həbs cəzası ilə hədələyiblər, onu “İnterpol” vasitəsilə axtarışa veriblər.
Ohanes Kamaryan kimdir?
62 yaşlı biznesmen Ohanes Kamaryan kommersiya fəaliyyəti və idarəetmə üzrə konsaltinq xidmətləri göstərən “Finkor Consulting” MMC-nin təsisçisidir. O, əvvəllər rəqibi və Ded Xasanın müttəfiqi Rafik Madoyanın qətlini hazırladığına görə axtarışda olub.
REN TV kanalı mənbəsinə istinadla məlumat verib ki, 2013-cü ildə Kamaryan Ermənistanda olarkən icraçıya İspaniyada ev və 500 min dollar pul mükafatı vəd edib. Lakin polis cinayətin qarşısını ala bilib, onun sifarişçisini isə yerli hüquq-mühafizə orqanları axtarışa verib.
Videomüşahidə kameralarına əsasən, Kamaryanın qətli sifariş əsasında olub. Kamaryan qızla Komsomolsk prospektində yerləşən “Seyci” restoranından çıxarkən güllələnib. Naməlum şəxs Kamaryana kürəyindən və başından atəş açıb, bundan sonra ölən şəxsin fotosunu mobil telefonu ilə çəkərək, qaçıb. Biznesmeni müşayiət edən 22 yaşlı Yekaterina Popova da qaça bilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) və 222-ci maddələri (qanunsuz silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Son məlumatlara görə, iş adamı Ovannes Kamaryanı öldürən killer saxlanılıb. Onun 24 yaşlı Ermənistan vətəndaşı olduğu bildirilir.



Azərbaycanın axtardığı biznesmen İstanbulun mərkəzində həbs edildi
Telman İsmayılovun saxlanılmasının səbəbi məlum oldu - Onu ömürlük həbs gözləyir
İnterpol 38 yaşlı azərbaycanlını AXTARIŞA VERDİ
Rusiyada yaşayan Azərbaycanlı öldürüldü
İnterpol azərbaycanlını axtarışa verdi - Səbəbi isə..
"İnterpol" bu azərbaycanlını axtarışa verdi
65 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi
Rusiya azərbaycanlı jurnalisti axtarışa verdi
Azərbaycan vətəndaşı İnterpola verildi
Ermənistanda hərbçi intihar etdi
İnterpol 135 Azərbaycan vətəndaşını axtarır
Azərbaycanın axtardığı qadın Belarusda tutuldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 