ONN İnformasiya Agentliyi

Çində qatar relsdən çıxdı- Ölən və yaralananlar var

Çində qatar relsdən çıxdı- Ölən və yaralananlar var
4-06-2022, 11:27

ONN media xəbər verir ki, Çinin cənubunda yüksək sürətli sərnişin qatarı qəfil torpaq sürüşməsi nəticəsində relsdən çıxıb. Çin Mərkəzi Televiziya kanalının məlumatına görə, sürücü ölüb, azı səkkiz nəfər yaralanıb.

İnsident yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 06:30 - red.) baş verib. Juntsyan stansiyasının yaxınlığındakı tunelin girişinin qarşısında torpaq sürüşməsi olub. Həmin vaxt Quyan-Quançjou marşrutu üzrə hərəkət edən D2809 sürət qatarının yeddinci və səkkizinci vaqonları relsdən çıxıb.

Bütün zərərçəkənlər, o cümlədən bir konduktor və yeddi sərnişin xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png