44 günlük müharibə zamanı Azərbaycan ordusuna qarşı döyüşlərdə gəbərmiş işğalçı Haykaz Mkrtçyanın atası dünən İrəvanda hökumət malikanələri yaxınlığında polislə nümayişçilər arasında toqquşma zamanı yaralanıb.
ONN media publika.az-a istinadla xəbər verir ki, bu haqda Azərbaycan torpağının işğalı zamanı ölmüş erməni hərbçinin bacısı Sarik Mkrtçyan “Facebook” səhifəsində məlumat paylaşıb.
“Atam oğlunun minlərlə türkü öldürdüyünü deyəndə qırmızı beretlilər atama qarşı qeyri-mütənasib güc tətbiq etdilər. Əvvəlcə əynindəki bizim Haykın təsviri olan köynəyi cırıb yerə ataraq atama bədən xəsarəti yetirdilər. Hadisədən sonra qardaşımın şəkli olan paltarın artıq müstəntiqlər tərəfindən tapıldığı yerə qayıtdıq...
Deməyə sözüm qalmadığı üçün şərhləri sizə buraxıram"- deyə erməni qız yazıb.
Arevik Mkrtçyan daha sonra erməni mediasına açıqlamasında deyib ki, qardaşı Haykaz Mkrtçyan Tavuşda - Tovuz rayonu ilə sərhəddə xidmət edib, oktyabrın 14-də 44 günlük müharibə zamanı batareyası ilə birlikdə Qarabağa gətirilib.
“Qardaşım həqiqətən minlərlə türkü öldürüb. Oktyabrın 29-da Qırmızı Bazar yaxınlığında "Bayraktar" tərəfindən yaralanıb, 12 gün komada qaldıqdan sonra xəstəxanaya gətirilib və orada ölüb"- deyə revanşist xislətli erməni qız bildirib.
Xatırladaq ki, Ermənistan paytaxtında Putin rejimi tərəfindən qızışdırılan müxalifətin Paşinyan hakimiyyətinə qarşı revanşist və irqçi şüarlarla müşayiət olunan etiraz aksiyaları davam edir. Dünən axşam hökumət evi ətrafında polislə qarşıdurmada 60-a yaxın polis və mülki şəxs xəsarət alıb.



Erməni futbolçu Bakıya gələcək?
Erməni futbolçu Azərbaycana gəlməkdən imtina edib?
Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə verildi
Azərbaycanlı əsirə şaxtalı havada işgəncələr verdi - MƏHKƏMƏ
Daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verildi
İrəvanda BİYABIRÇILIQ- Deputat döyüldü
Qarabağda 1711 erməni meyiti tapıldı
"Şuşa öz statusuna görə erməni deyil, türkdür" - Paşinyan erməni NAZİRİ SUSDURDU
Ermənistanda növbəti BİYABIRÇILIQ
Cəbrayılda erməni hərbçisinin meyiti tapıldı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 