Qazaxıstanda dünən keçirilən konstitusiya referendumunu seçicilərin təxminən 75%-i dəstəkləyib.
ONN media xəbər verir ki, bu qənaət ekzit-polların ümumi nəticəsində hasil olub.
MSK isə səsvermədə seçici fəallığının 68,44% olduğunu açıqlayıb. Ölkə qanunvericiliyinə görə, seçicilərin yarıdan çoxu iştirak edərsə, seçki baş tutmuş hesab edilir.
Qeyd edək ki, referendum Qazaxıstanda ciddi islahatları və “superprezidentlik institutu”nun dəyişdirilməsini, hesabatlı hökumət və parlament nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Mərhələli şəkildə prezidentin səlahiyyətləri azaldılacaq.
Bundan əlavə, prezidentin hakimiyyətdə olduğu müddət ərzində siyasi partiyalara üzvlüyünə qadağa qoyulur. Oxşar tələblər MSK-nın sədr və üzvlərinə, hesablama komissiyasına, rayon rəhbərlərinə və onların müavinlərinə də şamil olunacaq. Dəyişikliklər həmçinin prezidentin yaxın qohumlarının dövlət və kvazi-dövlət strukturlarında rəhbər vəzifə tutmasını qadağan edir.
Bəzi düzəlişlər vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, o cümlədən Konstitusiya Məhkəməsinin yaradılmasına, Ombudsman statusunun konstitusiya səviyyəsində möhkəmləndirilməsinə, ölüm hökmünün qeyd-şərtsiz qadağan edilməsinə yönəlib. Bundan əlavə, yenilənmiş konstitusiyadan ölkənin birinci prezidentinin statusu, səlahiyyətləri və imtiyazları ilə bağlı istinadlar çıxarılacaq.



Qazaxıstanda prezident seçkiləri keçirildi
Seçkilərdə iştirak edəcək seçicilərin sayı açıqlandı
Ən yüksək fəallıq hansı seçki dairəsindədir?
Azərbaycanda seçicilərin sayı açıqlandı
Özbəkistanda prezident seçkiləri başa çatdı
Nazarbayevin statusu konstitusiyadan çıxarılır
Azərbaycanda seçicilərin son sayı açıqlandı
Ən fəal seçki dairəsinin adı açıqlandı
Seçicilərin 39,39 faizi səs verdi - MSK
Qazaxıstanda seçkilər başa çatdı- YENİLƏNİB
MSK: Seçici fəallığı 74,51 faiz olub
Ən yüksək seçici fəallığı harada qeydə alınıb?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 