Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov ONN media-ya bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
O qeyd edib ki, Agentlik həmin ərazidə qəzalı vəziyyətdə olan 1 safora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verib:
" Agentliyin verdiyi ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib".
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb



ETSN-dan ağacların kəsilməyinə münasibət
Bakıda ağaclar kəsildi, nazirlik hərəkətə keçdi
Lerikdə ağacların kəsilməsi ilə bağlı cinayət işi açıldı
İki ağacı kökündən kəsdi, üç min manat cərimələndi
Ağac kəsən vəzifəli şəxs cərimələndi
Nazirlik BŞİH-ə məcburi göstəriş verdi: Dayandırın!
Göyçayda tut ağacını kəsən qadın cəzalandırılıb
Ağac kəsən şirkət cərimələndi
Ağacı kəsən şəxs cərimələndi
ETSN-dən GÖSTƏRİŞ
DİQQƏT- Cərimələnə bilərsiniz
Nazirlik qanunsuz ağac kəsimini araşdırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 