ONN media xəbər verir ki, Hindistanda hakim Xalq Partiyasından (BJP) 2 məmurun Məhəmməd peyğəmbər barəsində təhqiramiz sözlərinə etiraz edənlərin evləri dağıdılıb.
Etirazlarda iştirak edən 300 nəfər həbs olunub. Şəhərdə başlayan etirazlarla əlaqəsi olduğu iddia edilən bəzi müsəlmanların evləri dağıdılıb.
BJP sözçüsü bildirib ki, Uttar-Pradeş ştatının başçısı Yogi Adityanat şəhərdəki iğtişaşlarda iştirakda günahlandırılan insanların qanunsuz müəssisələri və evlərinin sökülməsinə göstəriş verib.
Hindistanın Rançi şəhərində ötən həftə keçirilən etiraz nümayişlərində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Digər tərəfdən, etirazlara səhnə olan Uttar-Pradeş ştatında polisin müsəlman gəncləri döydüyü görüntüləri ortaya çıxıb.
İyunun 10-da Uttar-Pradeş ştatının Saharanpur şəhərindəki polis bölməsində lentə alınan videoda 2 polisin 9 müsəlman yeniyetmə ilə pis rəftarı üzə çıxıb.
Görüntülərdə polisin gəncləri dəyənəkləri (Hindistan polisinin istifadə etdiyi bambukdan hazırlanmış uzun dəyənəklər) ilə döydüyü görünür.
Pakistan xarici işlər naziri Bilaval Bhutto Zərdari İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlərdən Hindistanda müsəlmanların həyatlarını, ləyaqətlərini, mülklərini, mədəniyyətlərini, irsini və dini azadlıqlarını qorumaq üçün səylərini artırmağı xahiş edib.



ÖLKƏ ŞOKDA: 1 gündə 32 nəfəri ildırım vurub öldürdü
Hindistanda bina çökdü- ÖLƏNLƏR VAR
Hindistanda koronaya məbəd tikildi və...
Ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var
Toya gedən 13 nəfər FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Hindistanda maraqlı inanc- Qurbağaları evləndirirlər çünki...
DƏHŞƏTLİ OLAY: Dini ayin zamanı çox sayda insan öldü
Avtobus qəzaya uğradı- 29 nəfər ölüb
Leysan yağışlar 16 can aldı
Fişəng fabrikində partlayış - 7 ÖLÜ
Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü
Tac-Mahal məhv olacaq?
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 